XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2020 - 20:35

Əfqanıstan hökuməti və “Taliban” nümayəndələri danışıqlar aparacaqQətərdə

Əfqanıstan hökumətinin nümayəndə heyəti sabah Qətərin paytaxtı Dohaya yola düşəcək və orada Əfqanıstanda sülhü bərpa etmək üçün radikal “Taliban” hərəkatının nümayəndələri ilə danışıqlara başlayacaqlar.

Bu barədə Əfqanıstanın “Tolo News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar Əfqanıstan hökumətinin nümayəndə heyətinin Qətərin paytaxtına gəlişinin ertəsi günü başlayacaq.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan prezidentinin sözçüsü Sedik Seddiki Əfqanıstan hökumət nümayəndə heyətinin “Taliban” nümayəndələri ilə danışıqlara tam hazır olduğunu və Doha danışıqları öncəsi bütün texniki problemlərin həll edildiyini bildirmişdi.

Dialoqun təxirə salınmasının səbəblərindən biri də “Taliban”ın altı radikalın həbsdən azad edilməsi tələbi idi. Çünki Avstraliya və Fransa buna qarşı çıxırdı. Lakin “Tolo News”un əldə etdiyi məlumata görə, adıçəkilən “Taliban” tərəfdarları bu gün Kabildən Dohaya çatdırılıb/Report.