XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 21:55

ABŞ üç rusiyalıya və bir ukraynalı deputata qarşı sanksiya tətbiq edib

ABŞ üç Rusiya vətəndaşını və bir Ukrayna vətəndaşını ehtimal olunan kiberhücumlar və ölkədaxili seçkilərə müdaxilə iddiası ilə sanksiya siyahısına salıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

“Qara siyahı”ya Rusiya vətəndaşları – Anton Andreyev, Darya Aslanova və Artyom Lifşits, eləcə də daha əvvəl ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun səslərinə bənzər səslərin eşidildiyi danışıqların səs yazılarını yayımlayan Ukrayna Ali Radasının fraksiyadankənar deputatı Andrey Derkaç salınıb.