XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2020 - 22:57

Kanada aviaşirkəti uşağın maskası olmadığı üçün uçuşu ləğv edib

Kanadanın “WestJet” aviaşirkəti körpə uşağın tibbi maskası olmadığı üçün uçuşu ləğv edib.

Trend-in məlumatına görə, sərnişinlərdən biri 19 aylıq qızına maska taxmayıb.

Göyərtə bələdçiləri maska taxmağı tələb etdikdən sonra mübahisə yaranıb.

Nəticədə Toronto-Kalqari marşrutu ilə planlaşdırılan uçuş ləğv edilib və hadisə yerinə polis əməkdaşları çağırılıb.