Mobil nəqliyyat platforması olan “Uber” 2040-cı ilə qədər istifadəsindəki bütün avtomobillərin elektrikli olacağını açıqlayıb.
Azərtac xəbər verir ki, “Uber”in açıqlamasında bu keçid üçün sürücülərə 2025-ci ilədək maddi dəstəyin veriləcəyi bildirilib. Belə ki, sürücülərə elektrikli avtomobillərə keçmələri üçün 5 il ərzində 800 milyon dollar yardım ediləcək. Şirkət yardımların bir hissəsinin nəqliyyat vasitəsinin alınmasında endirimlər şəklində və ya daha rahat icarə üçün veriləcəyini açıqlayıb.
Qeyd edək ki, “Uber”in ABŞ-dakı kiçikmiqyaslı rəqibi “Lyft” də 2030-cu ilə qədər 100 faiz elektrikli nəqliyyat vasitələrinə keçəcəklərini elan etmişdi. Lakin şirkət keçid üçün sürücülərə hər hansı bir maliyyə dəstəyi verməyəcəyini bildirmişdi.