XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 23:31

Gürcüstanın hakim partiyası baş nazirliyə namizədini açıqladı

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlament seçkiləri öncəsi baş nazir və parlament sədri vəzifələrinə namizədlərini açıqlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı postuna hazırkı baş nazir Giorgi Qaxaria, spiker vəzifəsinə isə hazırkı spiker Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.

“Gürcü Arzusu”nun seçki siyahısının ilk 20-liyində partiyanın aparıcı şəxsləri də yer alıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.