“ABŞ-da heç kimin bilmədiyi silah sistemləri var”.
Bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Miçiqan ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp əlavə edib ki, ABŞ-da Rusiyanın və Çinin sahib olmadığı yeni nüvə silah sistemi mövcuddur: “Möhtəşəm silahlarımız var. Xeyr, mən gizli məlumatlardan danışmıram, istehsal etdiyimiz silahlardan danışıram. Silahlı Qüvvələrimiz hər zamankından daha güclüdür”.