Rusiyada son bir gündə daha 5 504 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 051 874 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 102 nəfər artaraq 18 365-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 868 107 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 698 nəfər. (report)