XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 16:39

“Gürcüstan parlament seçkilərinin vaxtını dəyişməyəcək” –Baş nazir

Pandemiya səbəbi ilə Gürcüstanda parlament seçkilərinin vaxtının dəyişdirilməsi məsələsi gündəmdə deyil.

Bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə deyib.

“Nə seçkilərin vaxtının dəyişdirilməsi, nə də ölkə iqtisadiyyatına sərt məhdudiyyətlərin tətbiqi  məsələsi qətiyyən gündəlikdədir”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, Gürcüstanda bu ilin 31 oktyabrında parlament seçkiləri keçiriləcək. (apa)