XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2020 - 16:28

Putinlə Lukaşenko Soçidə görüşəcəklər –Bu tarixdə

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçi şəhərində görüşəcəklər.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Belarus prezidenti sentyabrın 14-də Rusiyaya işgüzar səfərə gələcək.

Soçidə keçiriləcək danışıqlarda Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələləri müzakirə olunacaq. (apa)