XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 20:53

Britaniya hava limanları və aviaşirkətləri müflis ola bilər –PROQNOZ

Böyük Britaniya hökuməti xaricdən gələn sərnişinlər üçün 14 günlük məcburi karantin qaydasını ləğv etməsə, yerli hava limanları və aviaşirkətləri müflislik gözləyir.

Trend-in məlumatına görə, bunu Hitrou hava limanın icraçı direktoru Con Holland-Key deyib.

O bildirib ki, sərnişinlərin koronavirus testlərinin mənfi nəticə verdiyi təqdirdə karantindən çıxması barədə qərar vəziyyəti düzəldə bilər.

Bir müddət əvvəl Hitrou hava limanının açıqladığı hesabata əsasən, avqust ayında sərnişin ötən ilin avqustu ilə müqayisədə 81,5 faiz azalıb.

Milyonlarla iş yerinin qorunması və iqtisadi artımın bərpası üçün 14 günlük məcburi karantin rejiminə alternativ qərarın verilməsi təklif edilib.