Ermənistan hökuməti fövqəladə vəziyyət rejiminin müddətinin bitməsindən sonra ölkədə karantin rejimi tətbiq edilməsi barədə qərar qəbul edib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanda karantin 11 yanvar 2021-ci il tarixinədək tətbiq ediləcək.
Qeyd edək ki, Ermənistanda mart ayından bəri fövqəladə vəziyyət rejimi qüvvədədir.
Ən son məlumatlara görə, Ermənistanda 45 503 koronavirusa yoluxma halı aşkar edilib, 909 nəfər COVID-19-dan ölüb. (report)