Suriyanın qədim Palmira şəhəri ətrafında döyüşlər şiddətlənib.
Suriya qüvvələri Rusiya hava zərbələrinin dəstəyi ilə şəhəri «İslam Dövləti» (İŞİD) yaraqlılarından almağa çalışır. Martın 21-də başlanan döyüşlər şəhərin 4 kilometrliyində gedir.
İŞİD Palmiranı ötən ilin mayında tutub. Palmira UNESCO-nun dünya irsi siyahısına salınan tarixi məkanlardandır. Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, İŞİD hökumət qüvvələrinin irəliləməsini önləməyə çalışır, azı 26 hökumətyönlü döyüşçü öldürülüb.
İŞİD-ə bağlı bir vebsayt isə intiharçının 30 əsgəri qətlə yetirdiyini yazıb. Palmiranın geri alınması Suriya qüvvələrindən ötrü simvolik qələbə sayılardı.