XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 23:59

Türk Şurası və ÜST arasında anlaşma memorandumu imzalanıb –FOTO

Türk Şurası və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə ofisi arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe “Twitter”də bildirib.

Memorandum peyvəndlər, fövqəladə hallar və innovasiyalar sahəsində texniki əməkdaşlıq və dəstək, ictimai səhiyyə sahəsində informasiya mübadiləsi, psixi sağlamlığın, uşaqların sağlamlığının və miqrantların sağlamlığının təbliği və ona dəstək istiqamətlərini əhatə edir.

Memorandumu ÜST-ün Avropa  üzrə regional direktoru Hans Kluqe və Türk Şurasının Baş katibi Bağdad Əmrəyev imzalayıb. (apa)