XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2020 - 00:49

Moskvada koronavirus:ölənlərin sayı 4 968 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4968 nəfərə çatıb.

Ümumilikdə Rusiyanın paytaxtında 269 777 koronavirus infeksiyasına yoluxma halları qeydə alınıb, 227 530 xəstə isə sağalıb.