XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

12 Sentyabr 2020 - 16:33

Monteneqro NATO-nun tərkibində qalacaq

Monteneqroda bu yaxınlarda parlament seçkilərində qalib gəlmiş üç koalisiyanın liderləri yeni hökumətin strateji vektoru barədə saziş imzalayıblar. Sazişə bu Balkan dövlətinin “avropapərəst və qərbpərəst” sesiminin qorunub saxlanması daxildir.

Azərtac xəbər verir ki, tərəflər, həmçinin ölkənin Kosovonun müstəqilliyinin daha əvvəl tanınmasından imtina etməməsinə yaxud milli rəmzlərin dəyişdirilməyəcəyinə razılıq veriblər. Yeni hakim çoxluq bütün cari beynəlxalq öhdəliklərə, məsələn dövlətin NATO-ya üzvlüyünə də riayət edəcək.

Sazişə uyğun olaraq yeni hökumət korrupsiyaya qarşı güzəştsiz mübarizəni təmin etməkdən üçün əsas dövlət təsisatlarını siyasətə qatmayacaq.