XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2020 - 18:17

“İsraillə Bəhreyn arasında birbaşa hava əlaqəsi qurulacaq” –Binyamin Netanyahu

İsraillə Bəhreyn arasında münasibətlərin normallaşması nəticəsində birbaşa hava əlaqəsi yaradılacaq.

Bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

O, İsrailin Nazirlər Kabinetindəki çıxışında “ölkələr arasında canlanma olacaq və birbaşa uçuşlar təşkil ediləcək”, – deyib.

Bəhreyn BƏƏ-dən sonra Fars körfəzinin İsraillə əlaqələri normallaşdıran ikinci ölkəsi olacaq. Ölkələr cümə günü diplomatik münasibətləri qurmaq niyyətlərini elan ediblər.

İsrailin müstəqilliyini tanımayan Səudiyyə Ərəbistanı da bildirib ki, bu ölkənin təyyarələrinə körfəz ölkələrinə uçuşları üçün özünün hava məkanından istifadə etməyə icazə verəcək. /Report.az