XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 09:11

İsraildə koronavirusa görə yenidən sərt karantin tətbiq edilir –Üç həftə müddətinə

İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verib.

Bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər 18 sentyabr saat 14:00-dan qüvvəyə minəcək və sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bundan başqa, restoran, otel, idman salonları və hovuzlar bağlanacaq.

Qeyd edək ki, İsraildə ümumilikdə 153,8 min nəfər koronavirusa yoluxub, 114,6 min nəfər müalicə olunaraq sağalıb, 1,1 min insan isə virusun qurbanına çevrilib. (apa)