XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 18:49

Rusiyada koronavirus:pandemiya qurbanlarının sayı 18 635-ə çatıb

Rusiyada son bir gündə daha 5 509 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 068 320 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 57 nəfər artaraq 18 635-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 878 700 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 696 nəfər. (report)