XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 14:17

Belarusda etiraz aksiyalarında 774 nəfər saxlanılıb –DİN

Belarusda bazar günü keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 774 nəfəri saxlayıb.

TASS xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məluma verib.

“Dünən ümumilikdə 774 vətəndaş (onlardan 500-dən çoxu Minskdə) kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə saxlanılıb. 544 nəfər isə işlərinə məhkəmədə baxılana qədər həbs yerlərinə yerləşdirilib”, – mətbuat katibinin “Telegram” kanalında deyilir. (report)