XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2020 - 20:58

İranda koronavirus: ötən sutkada 156 nəfər  ölüb

İranda ötən sutka ərzində 156 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23313 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2619 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 404648 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3798 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O, əlavə edib ki, İranda indiyədək  348013 nəfər koronavirusdan sağalıb. (apa)