XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Sentyabr 2020 - 22:48

“Şimali Koreyanın Yonqbyon nüvə obyektində zənginləşdirilmiş uran istehsalına dair əlamətlər var” –AEBA
Şimali Koreyanın Yonqbyon nüvə obyektində zənginləşdirilmiş uran istehsalına dair əlamətlər var.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi Agentliyin idarə şurasının iclasında deyib.

“Yonqbyondakı sentrifuq qurğusunda  zənginləşdirilmiş uran istehsalı ilə bağlı əlamətlər var və çox güman ki, KXDR təcrübi yüngül su reaktorunun daxilində tikinti prosesini davam etdirib. Bununla belə 5 meqavatlıq nüvə reaktoru və radiokimyəvi laboratoriya ilə bağlı iş görülməyib”, o bildirib.
Rafael Mariano Qrossi qeyd edib ki, KXDR-in nüvə fəaliyyəti ciddi narahatlıq yaratmağa davam edir və bu ölkənin nüvə proqramı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur. R.M. Qrossi bir daha KXDR-i AEBA ilə əməkdaşlığa çağırıb. (apa)