XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2020 - 21:59

Britaniya “Brexit” planını pozur –Keçmiş baş nazirlər hökuməti ittiham etdi

Şimali İrlansiyada sülh əldə edilməsində rolu olan Britaniyanın iki sabiq baş naziri qanunvericiləri Avropa İttifaqı ilə “Brexit” razılığını pozmaq planından əl çəkmək çağırışlarına qoşulub. 

Onlar bunun Britaniyanın reputasiyasına xələl gətirəcəyi və dünyanı təhlükəyə sala biləcəyini iddia edib.

“Sunday Times”-da çıxan məqalədə Con Meycor və Toni Bleyr Britaniyanın hazırkı hökumətini ilin əvvəlində belə bir qərar qəbul etməklə ölkəni rüsvayçılığa sürükləməkdə ittiham edib. Onlar qanunda bəzi məqamların Britaniyanın ittifaqdan problemsiz çıxmasına zidd olduğunu bildirib.

Con Meycor 1990-1997-ci illərdə Böyük Britaniyanın baş naziri olub. Bleyr isə 1997-ci ildən 2007-ci ilədək 73-cü baş nazir postunu tutaraq üç seçki nəticəsində hakimiyyətdə qalıb.

Sabiq baş nazirlər qeyd edib ki, hazırkı baş nazir Boris Conson Britaniyanın bötövlüyünü təhlükəyə atır. Bu həftə qanunvericilərin müzakirəyə çıxaracağı qanun Avropa İttifaqında qəzəblə qarşılanıb. Belə ki, bu qərar Britaniyanın Şimali İrlanidya ilə ticarət razılığı əldə edə bilməsə, Avropa İttifaqının ticarətə nəzarətini əlindən almış olacaq. (amerikaninsesi.org)