XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 20:05

Putin və Makron telefonla danışıb –Navalnı ilə bağlı məsələni müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı müxalif siyasətçi Aleksey Navalnı işi ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

Putin bu məsələ ilə bağlı Rusiya tərəfinin ünvanına səslənən ittihamların əsassız olduğunu bildirib. Real vəziyyətin aydınlaşması üçün alman mütəxəssislər tərəfindən Aleksey Navalnıdan götürülən biomaterialların Rusiyaya verilməsinin, eləcə də rusiyalı həkimlərlə birgə işin təmin olunmasının vacibliyi vurğulanıb.

Bundan başqa prezidentlər Belarusdakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar. Hər iki tərəf Respublikada vəziyyətin tezliklə normallaşmasında, böhranın sülh və konstruktiv dialoq yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. ​

Putin və Makron Ukrayna və Liviyadakı vəziyyətə də toxunublar. (apa)