XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 18:38

“Rusiya qoşunları Belarusdakı birgə hərbi təlimlərdən sonra dislokasiya yerinə qayıdacaq” –Putin

“Belarus vətəndaşları özləri xarici təzyiq olmadan ölkədəki vəziyyətin öhdəsindən gəlməlidirlər”.

Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Soçidə keçirdiyi görüşdə bildirib.

“Biz, belarusluların xaricilərin müdaxiləsi və təzyiqi olmadan sakit rejimdə və dialoqla vəziyyəti həll etməsinin və ümumi qərara gəlməsinin tərəfdarıyıq”, – deyə Putin vurğulayıb.

Rusiya Prezidenti Aleksandr Lukaşenkonun Belarus Konstitusiyasına dəyişikliklər haqqında təklifini məntiqli, vaxtında və məqsədəuyğun hesab etdiyini də söyləyib: “Rusiya Belarusla mövcud razılaşmaların hamısına, o cümlədən İttifaq dövləti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki mövcud razılaşmaların hamısına sadiqdir”.

Belarus-Rusiya hərbi təlimlərindən danışan Vladimri Putin ölkəsinin Silahlı Qüvvələrinin bölmələrinin Belarusda birgə təlim proqramlarının icrasından sonra öz dislokasiya yerlərinə qayıdacağını da söyləyib. ​(apa)