XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 18:16

Aleksey Navalnının səhhətində irəliləyiş var –Klinika

Aleksey Navalnının vəziyyətində irəliləyiş var və o, artıq çarpayısından qalxa bilir.

Bu barədə onun müalicə olunduğu Berlindəki “Charite” klinikasının həkimləri bildirib.

Həkimlər deyib ki o, mexaniki süni tənəffüs aparatından tam ayrılıb və çarpayısından ayağa qalxa bilir.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” Partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.

Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir. (apa)