XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 22:14

ABŞ-da dərmanlar dronların köməyilə çatdırılacaq

ABŞ-ın Bentonvill şəhəri sürücüsüz uçuş vasitələrinin köməyi ilə sağlamlıq üçün dərman və malların çatdırılmasına görə pilot meydançasına çevriləcək. Bu, “Walmart” və “Zipline” şirkətlərinin birgə layihəsidir. Bu haqda şirkətlərin bəyanatına istinadən “The Verge” nəşri məlumat verib.

Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, Bentonvill şəhəri layihə üçün təsadüfi seçim deyil. “Walmart” ticarət şəbəkəsinin qərargahı orada yerləşir. ABŞ-ın “Zipline” şirkətinin dronları Afrikada xəstəxanalara dondurulmuş plazma çatdırır. Ancaq sözügedən şirkətin fəaliyyəti ABŞ ərazisində qanunlarla məhdudlaşdırılıb. 2020-ci ildə Federal Mülki Aviasiya İdarəsi koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri bir qədər yumşaldıb.

Xüsusi dronlar sifariş verildikdən sonra 1 saatdan az müddətə dərman vasitəsini çatdıracaqlar.

“Zipline” şirkətinin nümayəndələri bu layihənin ABŞ-da sürücüsüz idarə olunan təyyarələrin kommersiyalaşdırılması istiqamətində vacib bir addım olacağını hesab edirlər.