XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2020 - 16:22

Əfqanıstanda hərbçilərlə silahlılar arasında atışma olub –20 nəfər ölüb

“Taliban” silahlılarının Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətinin Curum rayonundakı hərbi hissəyə hücumu nəticəsində 3 hərbçi ölüb.

Bunu Əfqanıstanın 217-ci Pamir korpusunun 2-ci briqadasının komandanlığının sözçüsü Əbdül Mennaf Nazari bildirib.

Onun sözlərinə görə, hücumdan sonra baş verən atışma nəticəsində 17 silahlı zərərsizləşdirilib.

“Taliban” hələlik məsələ ilə bağlı açıqlama yaymayıb/Report.