Millət vəkili Adil Əliyevin ideya müəllifi olduğu “Erməni soyqırımı – mif və gerçəklik” adlı kitabı qırğız dilində nəşr edilib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun Strateq.az-a verdiyi məlumata görə, kitab qırğız dilində “Admiral Bristolun raportu – faktların dili ilə” adı ilə tirajlanıb.
Kitabın təqdimat mərasimi aprelin ayının 24-ə yaxın r vaxtda, ermənilərin qondarma soyqırımının 100 illiyi ərəfəsində baş tutacaq.
Kitabı rus dilindən qırğız dilinə Mukan Asanaliyev tərcümə edib. 500 tirajla işıq üzü görən kitabın pulsuz yayılması nəzərdə tutulub.
Qeyd edək ki, Adil Əliyevin “Admiral Bristolun raportu – faktların dili ilə” kitab Türkdilli dövlətlərin siyasətinə dəstək fondun maliyə dəstəyi ilə tərcümə edilib və işıq üzü görüb.