XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2020 - 23:05

“Koronavirusla bağlı indiki vəziyyəti ikinci dalğa kimi qiymətləndirmək olar”- Çexiya Səhiyyə Komissiyası

Çexiyada yoluxanların sayı hələlik faciəli həddə çatmasa da, 2-3 həftədən sonra ölkənin stasionar xəstəxanalarında bu ilin yaz aylarında pandemiyanın ilk dalğası zamanı olan qədər xəstə yerləşdirilə bilər.

Azərtac xəbər verir ki, bu məlumat Çexiyanın Səhiyyə üzrə Hökumət Komissiyası tərəfindən yeni yoluxanların sayının artım dinamikasının öyrənilməsi əsasında hazırlanmış fövqəladə press-relizdə yer alıb. “Koronavirusla bağlı indiki vəziyyəti xəstəliyin ikinci dalğası kimi qiymətləndirmək olar”, – deyə dərc olunmuş sənəddə bildirilir. Bununla yanaşı, ölkənin səhiyyə sisteminin hansısa bir məqamda öz imkanlarının son həddinə çata biləcəyi də qeyd olunub.

Çexiyada COVID-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən insanların sayı hər gün təqribən 10 nəfər artır. Yoluxanların sayına görə hər 100 min nəfərə nisbətdə hazırda üçüncü olan Çexiya Avropa İttifaqı ölkələri arasında yalnız Fransa və İspaniyadan geridə qalır. Mövcud vəziyyət nəzarət altına alınmazsa, Çexiyanın bu istiqamətdə daha da “irəli gedəcəyi” istisna edilmir.

Bundan necə qurtulmalı? Təbii ki, ekspertlərin dediyi kimi, karantin rejiminə, gigiyena qaydalarına riayət etməklə, maska taxmaqla və kütləvi tədbirləri ləğv etməklə.