XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2020 - 23:18

Ruanda soyqırımı qurbanlarının meyitləri eksqumasiya ediləcək- Səbəb

1994-cü ildə Ruandada soyqırımına məruz qalmış tustsi qəbiləsinin üzvlərinin meyitləri ölkənin şərqindəki Muqesera gölünün sahilindəki kütləvi məzarlıqdan çıxarılacaq (eksqumasiya ediləcək).

Azərtac xəbər verir ki, soyqırımının 791qurbanının meyitlərinin olduğu kütləvi məzarlıq bu ilin yanvarında aşkar edilib.

Ruanda Soyqırımı Qurbanları Təşkilatının (IBUKA) məlumatına görə, bu məzarlıq ərazidə keçi otaran bir uşaq tərəfindən təsadüfən tapılıb. Təşkilatın sədri Jan-Pier Müsafiri bildirib ki, avqust ayından başlayan qazıntılar nəticəsində ərazidən 547 meyit çıxarılıb. Onun sözlərinə görə, bundan əvvəl də aşkar edilən insan sümüklərinin DNT testindən keçirilməsi üçün beynəlxalq qurumlara müraciət olunub.

Ruandada 26 il əvvəl hutu qəbiləsindən olan hakimiyyətin törətdiyi və 100 gün davam edən soyqırımı nəticəsində 1 milyona yaxın tutsinin qətlə yetirildiyi bildirilir. Onların 40 mini Rukumbelidə soyqırımı qurbanlarının məzarlığında dəfn edilib. 2018-2019-cu illərdə ölkənin 17 bölgəsində 118 mindən çox soyqırımı qurbanının meyiti tapılıb.