XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2020 - 23:31

Qazaxıstan Qırğızıstanla hava əlaqəsini bərpa edir- Bu tarixdən

Qazaxıstan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üzrə İdarələrarası Komissiyanın cari il 3 sentyabr tarixli qərarına əsasən epidemioloji vəziyyət nəzərə alınmaqla sentyabrın 20-dən Qırğızıstana beynəlxalq uçuşlar bərpa olunur.

Azərtac  xəbər verir ki, bu barədə Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.

Qazaxıstanla Qırğızıstan arasında uçuşlar Almatı – Bişkek marşrutu üzrə “AirAstana” aviaşirkəti tərəfindən həftədə 2 dəfə yerinə yetiriləcək.

Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla yerinə yetiriləcək.