XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2020 - 09:46

Yoşihide Suga Yaponiyanın Baş naziri seçilib- FOTO

Yoşihide Suqa rəsmi olaraq Yaponiyanın yeni Baş naziri seçilib. 

APA-nın xəbərinə görə, Nümayəndələr Palatası hökuməti formalaşdıran yeni baş naziri seçmək üçün fövqəladə iclas keçirib. Səsvermədə iştirak edən 462 nəfərdən 314-ü hakim Liberal Demokratik Partiyasının prezidenti Y. Suqaya səs verib.

Qeyd edək ki, Yaponiya baş naziri Sindzo Abe və onun təmsil etdiyi hökumət tam tərkiblə istefaya gedib. Y. Suqa əvvəl Baş nazir Şindzo Abenin Baş Katibi vəzifəsində çalışıb.