XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2020 - 19:44

Ukrayna Ali Radası əcnəbi tələbələrin xarici dillərdə təhsil almalarına icazə verməyib

Ukrayna Ali Radası bu ölkənin ali məktəblərində tədrisin xarici dillərdə, o cümlədən rus dilində aparılmasına icazə verilməsindən imtina edib.

Azərtac RBK-Ukrayna portalına istinadla xəbər verir ki, bu qanun layihəsinin əsas variant kimi qəbul edilməsini Ali Radanın yalnız 210 deputatı dəstəkləyib. Qanun layihəsinin təkrar birinci oxunuşa göndərilməsi lehinə 235 parlamentari səs verib.

Bu qanunda fiziki və hüquqi şəxslərin vəsaiti hesabına, yalnız əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən ibarət ayrı-ayrı qruplarda ali təhsil almaq istəyən əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər üçün təhsilin xarici dildə aparılmasının mümkünlüyünü təsbit etmək təklif olunurdu.

Nəzərdə tutulurdu ki, belə şəxslər tərəfindən dövlət dilinin öyrənilməsini ali təhsil müəssisələri təmin edəcəklər.