XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2020 - 22:30

ABŞ könüllüləri Gürcüstandakı parlament seçkilərini izləyəcək

ABŞ Dövlət Departamenti Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə könüllülər göndərəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun Gürcüstanın xarici işlər naziri Davit Zalkalianiyə ünvanladığı məktubda bildirilib.

ABŞ könüllülərinin ATƏT-in müşahidə missiyasına qoşulmaları nəzərdə tutulub.

M.Pompeo Gürcüstan hökumətinin beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsini təşviq etmək və asanlaşdırmaq üçün atdığı bütün addımları yüksək qiymətləndirdiyini vurğulayıb.