Ermənistanda daha 295 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 671-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 925-ə çatıb. İndiyədək 42 231 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 3 232 aktiv koronavirus xəstəsi var/Report.