XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2020 - 00:09

“Çin Avropa İttifaqının ən böyük ticarət tərəfdaşına çevrilib”- “Avrostat”

Çin bu ilin 7 ayının yekunlarına əsasən, ABŞ-ı qabaqlayaraq Avropa İttifaqının (Aİ) ən böyük ticarət tərəfdaşı olub.

Azərtac xəbər verir ki, bu barədə “Avrostat” məlumat yayıb. Yanvar-iyul aylarında Avropa İttifaqının Çindən idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxalıb, ABŞ-dan idxal isə 11,7 faiz azalıb. Bu dövrdə Aİ-nin Çinə ixracı cüzi azalıb.

Avropa İttifaqının Çindən sonra ən böyük ticarət tərəfdaşları ABŞ, Böyük Britaniya, İsveçrə və Rusiyadır.