XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2020 - 00:21

Böyük Britaniyanın şimal-şərqində məhdudiyyətlər tətbiq olunacaq- Yoluxmada artım olduğu üçün

Böyük Britaniyanın şimal-şərqində koronavirusa yoluxmada artım baş verdiyi üçün yenidən məhdudiyyətlərin tətbiq olunmağına başlanılacaq.

Karantin rejimi Norshamberland, Nyukasl, Sanderland, Nors və Saus Tinsayd, Geytshed və Darham bölgələrində tətbiq olunacaq.

Məhdudiyyətlər cümə günündən etibarən həyata keçiriləcək.

Bölgələrdə virusa yoluxmada baş verən artımın qarşısının alınması üçün pab və bir çox obyektlər yenidən fəaliyyətini dayandırıb.

Baş Nazir Boris Conson ölkədə Milad bayramını normal şəkildə qeyd etməsinin yeganə yolunun bu gün tətbiq olunan sərt qaydalar olduğunu söyləyib.

Həmçinin o, bu qış mövsümündə qayğı evlərini koronavirusdan qorumaq üçün hökumət tərəfindən 546 milyon funt sterlinq ayrıldığını açıqlayıb.