XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 23:57

Çinli milyarderə dəbdəbəli yaşamaq qadağan edilib- Məhkəmə qərarı

Məhkəmə “HNA Group” kompaniyasının rəhbəri, çinli milyarder Çen Fenin dəbdəbəyə pul xərcləməsini qadağan edib.

Azərtac “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, məhkəmə bu addımı kompaniyanın borcları səbəbindən atıb.

Sahibkara bundan sonra gündəlik həyatda və işdə vacib olmayan əşyaları almağa icazə verilməyəcək. Ona təyyarədə uçmaq və sürət qatarından istifadə etmək də qadağan olunub. Çen Fen, eyni zamanda, daşınmaz əmlak ala, bahalı təmir edə, dəbdəbəli otelə yerləşə, klublara gedə və bahalı ofisləri icarəyə götürə bilməz.