Türkiyənin Malatya vilayətinin Hekimhan rayonunda 4,5 bal gücündə zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 09.45-də yerin 7,21 kilometliyində baş verib.
Malatya Valisi Aydın Baruş zəlzələnin rayonun ətraf ərazilərində də hiss edildiyini, dağıntı və tələfat barədə indiyədək məlumat almadıqlarını bildirib. (apa)