XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 18:52

Brüssel teraktı ilə bağlı ilk həbslər- 2 nəfər saxlanıldı

Bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə teraktlara görə ilk həbslər var.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Belçika polisi iki şübhəlini həbs edib. «Daily Mail»in məlumatına görə, hər iki şəxs partlayışın baş verdiyi «Maelbek» metrostansiyasının yaxınlığında saxlanılıb.

Təhlükəsizlik orqanları Brüssel Hava Limanında özünü partladan «kamikadze» ilə bağlı müşahidə kameralarındakı görüntülərə baxış keçirib. Görüntülərdə «kamikadze»ni görmək mümkün olub.