XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 18:58

Avropa təşvişdə- Fransa və Hollandiya təhlükəsizlik tədbirlərini gücləndirdi

Belçikanın baş naziri Şarl Mişel bu gün Brüsseldə baş verən partlayışları ölkə tarixinin faciəvi anları kimi səciyyələndirərək əhalini sakit olmağa və həmrəylik göstərməyə çağırıb.

Brüsseldəki partlayışlar Fransada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Fransa Prezidenti Fransua Olland dərhal hökumət üzvləri ilə iclas keçirərək Belçikadakı vəziyyəti müzakirə edib.

Partlayışlarla əlaqədar Hollandiya aeroportlarında da təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılıb(azərtac).