XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 21:14

Türkiyədə koronavirusa yoluxanların sayı 300 minə çatıb –Səhiyyə naziri

Son sutka ərzində Türkiyədə koronavirusa 1 711 yeni yoluxma aşkarlanıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 299 810 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada təhlükəli infeksiyadan daha 62 nəfər vəfat edib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 7 377 nəfərə yüksəlib.

Həmçinin qeyd edilir ki, ötən gün ərzində 1 060 pasiyent COVID-19-dan sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 264 805 nəfərə yüksəlib. (report)