XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 21:35

Böyük Britaniyada koronavirus:bəzi bölgələrində yenidən karantin rejimi tətbiq olunacaq

Böyük Britaniyanın Nors Vest, Midlands və Vest Yorkşir bölgələrində yenidən karantin rejimi tətbiq olunmasına başlanılacaq.

Virusa yoluxanların sayında artım baş verdikdən sonra Səhiyyə Departamenti tərəfindən yenidən bir çox bölgələrdə gücləndirilmiş karantin rejiminin tətbiq olunmasına qərar verilib.

Sakinlərdən ictimai nəqliyyatdan yalnız məktəbə və ya işə getmək kimi vacib məqsədlər üçün istifadə etmələri tövsiyə olunub.

Çərşənbə axşamından etibarən bölgələrdə qaydalar tətbiq olunmağa başlayacaq.

Ekspertlər tezliklə yenidən ölkə miqyasında tədbirlərin görüləcəyini bildirirlər.

Qeyd edək ki, Böyük Britaniyada 381 min 614 nəfər virusa yoluxub, 41 min 705 nəfər isə həyatını itirib. (azertac)