XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 21:44

Yunanıstanın Türkiyədəki səfiri XİN-ə çağırılıb –Səbəb

“Yunan mətbuatı səviyyəsiz, aşağılayıcı bir manşetə yol verib. Biz də Yunanıstanın Türkiyədəki səfirini nazirliyə çağırdıq”.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Anadolu  Xəbər Agentliyinə açıqlamasında belə bildirib.

Nazir bildirib ki, yunan qəzetinin manşetində Türkiyə Prezidenti haqqında təhqiramiz ifadələrə yer verilməsi ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyinin üzürxahlığı qəbul edilsə də, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məsələ ilə əlaqədar fəaliyyətə başlayıb: “Həqarət söz azadlığı kimi dəyərləndirilməməlidir. Yunanıstanın bir çox məsələlərdə Türkiyə əleyhinə addım atmasının səbəbi həm də yunan mediasıdır. Təəssüf ki, görünən budur. Biz lazım olan tədbirləri görəcəyik”. (apa)