XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2020 - 22:31

Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək –Sentyabrın 21-dən

Rusiya daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edir. 

Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata görə, Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarusla, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb. (apa)