XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2020 - 15:15

MTX-nin keçmiş direktoru:"Ermənistanda ciddi siyasi hadisələr olacaq"

“Yaxın zamanda Ermənistanda ciddi siyasi hadisələr gözlənilir”.

“Report” “Lragir”ə istinadən xəbər verir ki, bunu müxalifətdə olan Vətən Partiyasının sədri, Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan bidlirib.

Onun sözlərinə görə, başçılıq etdiyi partiya həmin siyasi prosesdə aparıcı rol oynayacaq.

Qeyd edək ki, Artur Vanesyan 1979-cu ildə anadan olub. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.