XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2020 - 20:51

COVID-19 əleyhinə ilk vaksin Səhiyyə nazirinə vurulub- Birləşmiş Ərəb Əmirliklərində

Birləşmiş Ərəb Əmirliklərində COVID-19 əleyhinə ilk vaksin ölkənin Səhiyyə naziri Əbdülrəhman əl-Qüeyisə vurulub.

Rəsmi WAM informasiya agentliyinin məlumatına görə, nazirdən sonra bütün səhiyyə işçilərinə vaksinin vurulması nəzərdə tutulur.

Nazir jurnalistlərə bildirib ki, ona vurulan vaksin tamamilə təhlükəsizdir və arzu edən bütün könüllülər ödənişsiz əsasda vaksinləşmə prosesində iştirak edə bilərlər.

COVID-19-a yoluxma hallarının artdığı BƏƏ-də hökumət toy və yas mərasimləri üçün yeni qaydalar tətbiq edib. Belə ki, toy mərasimlərində hər iki tərəfdən maksimum 10 nəfər iştirak edə bilər. Qonaqlar isə mərasimdən 24 saat əvvəl COVID-19 testindən keçməlidir. Eyni qaydalar dəfn və yas mərasiminə də aid edilir. Qəbiristanlıq işçilərinin qoruyucu maskadan istifadə etməsi məcburidir.

Son sutka ərzində BƏƏ-də daha 809 nəfər COVID-19-a yoluxub, 1 pasiyent isə vəfat edib.