Türkiyə COVID-19 pandemiyasının iqtisadi baxımdan ən az təsir göstərdiyi ölkələr arasında ilk yerlərdədir.
Azərtac xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin Şimali Mərmərə avtomobil yolunun beşinci hissəsinin açılışı mərasimində deyib.
Ölkədəki iqtisadi inkişaf barədə məlumat verən Prezident bu ilin üçüncü rübünün qaneedici artım göstəricisi ilə başa çatacağını qeyd edib. Bildirilib ki, bu il üçün 10 milyon olaraq nəzərdə tutulan turist sayının ilin sonunadək 15 milyona çatacağı gözlənilir.
Türkiyə Prezidenti ölkədə qısa zamanda böyük uğurlara imza atıldığını qeyd edib.