ABŞ prezidenti Donald Tramp ölkəsinin Kanada ilə sərhədinin “yaxın zamanda” açılacağını deyib.
Bu barədə “New York Post” məlumat yayıb.
O qeyd edib ki, Kanada tərəfi ölkələr arasındakı sərhədlərin ən qısa zamanda açılmasını istəyir.
“Normal işimizə qayıtmaq istəyirik, sərhədləri çox yaxın zamanda açacağıq”, – Tramp belə deyib.
ABŞ və Kanada arasındakı sərhədin bağlanılması qərarı yeni növ koronavirus pandemiyası fonunda qəbul edilib. Bundan sonra ölkələr arasında sərhəd-keçid qadağasını 21 sentyabra qədər uzadıblar. /APA