XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2020 - 10:14

İtaliyada referendum keçiriləcək –Parlament üzvlərinin sayının azaldılması üçün

İtaliyada səsvermə hüququ olanlar parlament üzvlərinin sayının üçdə-birinin azaldılması üçün referendumda səs verəcəklər.

Bundan əlavə, yeddi vilayətdə və minə yaxın şəhərdə yerli idarəetmə seçkiləri keçiriləcək.

Referendumda səsvermədə 51,5 milyondan çox insanın iştirakı gözlənilir. Regional və bələdiyyə seçkilərində isə müvafiq olaraq 18,5 və 5,7 milyon seçici cəlb olunacaq. Səsvermə iki gün davam edəcək: bazar günü saat 07:00-dan (Bakı vaxtı ilə 09:00) 23:00-dək (Bakı vaxtı ilə 00:00) və bazar ertəsi günü 07:00-dan (Bakı vaxtı ilə 08:00) 15:00-dək (Bakı vaxtı ilə 16:00).